Belçika millisinin hücumçusu Romelu Lukaku Xorvatiya millisinə qarşı yoldaşlıq oyununda (2:0) qol vurub.
İdman.Biz xəbər verir ki, bu qol belçikalı futbolçunun “qırmızı şeytanlar” üçün vurduğu 90-cı qol olub və onu milli komanda tarixinin ən yaxşı 5 bombardiri arasına daxil edib.
Portuqaliyalı Kriştianu Ronaldu 143 qolla reytinqə başçılıq edir. Argentinalı Lionel Messi ikincidir (116), iranlı Əli Daei (108) isə ilk üçlüyü tamamlayır. Hindistanlı Sunil Çhetri isə dördüncüdür (95).
Belçika millisi 2026-cı il dünya çempionatında G qrupunda Misir, İran və Yeni Zelandiya ilə oynayacaq.
