Romelu Lukaku MLS yolunda: “Atlanta Yunayted” danışıqlara başladı

2 Avqust 2026 18:17
99
Romelu Lukaku MLS yolunda: “Atlanta Yunayted” danışıqlara başladı

Belçika millisinin və İtaliyanın “Napoli” futbol komandasının hücumçusu Romelu Lukaku ABŞ-nin “Atlanta Yunayted” komandasına keçə bilər.

İdman.Biz “SSC Napoli”yə istinadən xəbər verir ki, MLS təmsilçisi 33 yaşlı futbolçunun transferini həyata keçirmək üçün fəal çalışır.

“Atlanta Yunayted”lə Lukakunun nümayəndələri arasında şəxsi müqavilə şərtləri üzrə danışıqlar aparılır.

Keçidlə bağlı müzakirələr ilkin mərhələdədir. “Atlanta Yunayted” və “Napoli” arasında mümkün transferin maliyyə şərtlərinə dair razılaşma barədə məlumat verilməyib.

İdman.Biz