İngiltərənin beşinci liqasında oynayan “Boreham Vud” futbol komandasının cinah hücumçusu Abdul Abdulmalik İsveçin “Yurqorden” klubunun transfer hədəfinə çevrilib.
İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, “Boreham Vud” 23 yaşlı oyunçu üçün göndərilən 750 min funt sterlinqlik (təxminən 1,7 milyon AZN) təklifi rədd edib. Klub rəhbərliyinin Abdulmaliki daha yüksək məbləğdə qiymətləndirdiyi bildirilir.
“Yurqorden”in transferdən imtina etmədiyi və yaxın vaxtlarda təkmilləşdirilmiş təklif göndərməyə hazırlaşdığı qeyd olunur. Fransanın bir neçə klubunun da hücumçu ilə maraqlandığı vurğulanır.
“Milluoll” akademiyasının yetirməsi olan Abdulmalik ötən mövsüm Milli Liqada 13 qol vurub və yeddi məhsuldar ötürmə verib. O, mövsümün rəmzi komandasına daxil edilib. “Boreham Vud” çempionatı dördüncü pillədə başa vuraraq pley-offun finalına yüksəlib.
