İnfantinonun 30 milyon dollarlıq maaş planının detalları üzə çıxdı

2 Avqust 2026 17:31
110
İnfantinonun 30 milyon dollarlıq maaş planının detalları üzə çıxdı

Dünya futbolunun ali qurumu FIFA-nın prezidenti Canni İnfantinonun illik 30 milyon dollar (51 milyon AZN) maaş almağı planlaşdırdığı iddia olunur.

İdman.Biz xəbər verir ki, İnfantinonun FIFA-nın kommersiya və turnir hüquqlarını idarə edəcək “FIFA Forward Enterprise” şirkətinin yaradılmasından sonra onun rəhbərliyinə keçməyi nəzərdə tutduğu bildirilir.

“The Times”ın məlumatına görə, funksioner əvvəlcə yeni şirkətin sədri, FIFA-dakı prezidentlik müddəti başa çatdıqdan sonra isə baş icraçı direktoru olmağı planlaşdırıb. Bu vəzifə üçün ona bonuslardan əlavə illik 30 milyon dollar maaş ayrılması nəzərdə tutulub.

İnfantinonun 2025-ci il üçün FIFA-dan aldığı ümumi ödəniş paketinin təxminən altı milyon dollar (10,2 milyon AZN) olduğu açıqlanıb. Bunun 3,3 milyon dolları əsas maaş, qalan hissəsi isə bonus və digər ödənişlərdən ibarət olub.

Yeni şirkət vasitəsilə dünya çempionatı və digər FIFA turnirlərinin kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması planlaşdırılıb. Lakin konfederasiyaların və milli federasiyaların etirazından sonra layihənin həyata keçirilməsindən imtina olunub.

İdman.Biz