Minifutbol üzrə Azərbaycan millisi Çexiya ilə matçda istədiyi oyunu sərgiləyib.
İdman.Biz Report-a istinadən xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında Çexiyanı məğlub etdikləri (5:2) oyundan sonra fikirlərini bölüşüb:
“Çox gözəl oyun alındı. Rəqibi tam analiz etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Oyunçularımı təbrik edirəm. Nizam-intizama əməl etdilər. İstədiyimiz oyunu sərgilədik və qalib gəldik”.
Yarımfinalda Azərbaycan Serbiya ilə qarşılaşacaq.
