Azərbaycanlı qapıçı "Barselona"da

Xəbərlər
10 Avqust 2024 23:13
639
Azərbaycanlı qapıçı "Barselona"da

Azərbaycanlı qapıçı Eldar Tağızadə "Barselona"da çıxış edəcək.

İdman.biz xəbər verir ki, o, klubun B komandasının şərəfini qoruyacaq.

21 yaşlı qolkiper Kataloniya təmsilçisi ilə 2026-cı il iyunun sonunadək müqavilə imzalayıb. Eldar "Barselona B"yə azad agent kimi qoşulub.

Qeyd edək ki, Tağızadə son mövsümü "Luqo Polverin" komandasında keçirib.

İdman.biz