Mbappenin təqdimat tarixi açıqlanıb

Xəbərlər
10 İyul 2024 18:13
540
Mbappenin təqdimat tarixi açıqlanıb

Fransa millisinin hücumçusu Kilian Mbappenin “Real” futbolçusu kimi təqdimat tarixi dəqiqləşib.

İdman.biz xəbər verir ki, mərasim iyulun 16-da "Santyaqo Bernabeu"da baş tutacaq.

Mbappe “Real”a azad agent kimi keçib. Onun PSJ ilə müqaviləsi iyunun sonunda başa çatıb. Madrid klubu Florentino Peres iştirak edəcəyi tədbirdə rəsmi müqavilə imzalanacaq. Bundan sonra isə forvardın mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Mbappenin formasını geyindiyi Fransa yığması AVRO-2024-ün yarımfinalında İspaniyaya 1:2 hesabı ilə uduzub.

İdman.biz