“Sumqayıt”in rəqibi müdafiəni gücləndirib

Xəbərlər
9 İyul 2024 19:53
166
“Sumqayıt”in rəqibi müdafiəni gücləndirib

“Sumqayıt”ın Konfrans Liqasındakı rəqibi “Fehervar” heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, komanda Andraş Huştini icarəyə götürüb.

O, mövsümün sonuna kimi “Fehervar”da çıxış edəcək. 23 yaşlı müdafiəçi “Zalaegerseg”dən kirayələnib.

Andraş 2023/2024 mövsümünün ikinci hissəsini icarə əsasında “Uypeşt”də keçirib.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında oyunlar iyulun 25-də və 31-də baş tutacaq.

İdman.biz