Azərbaycanlı iş adamı Malta çempionatına sponsorluq edəcək

Xəbərlər
7 İyul 2024 15:32
512
Azərbaycanlı iş adamı Malta çempionatına sponsorluq edəcək

Azərbaycanlı iş adamı Malta Premyer Liqasına sponsorluq edə bilər.

İdman.biz xəbər verir ki, bu barədə Malta mətbuatı məlumat yayıb.

Bildirilib ki, neft-qaz maqnatı olan azərbaycanlı Nəsib Piriyevin rəhbərlik etdiyi "360 Holtings LTD" şirkəti yerli çempionatın sponsoru olacaq. Böyük Britaniyanın "PNN Group"un törəmə şirkəti "360 Holdings LTD"in 3 ildə 600 min avro ödəyəcəyi vurğulanıb. Digər məlumatda şirkətin hələ Maltada qeydiyyat keçmədiyi və yaxın günlərdə prosesin yekunlaşacağı qeyd olunub.

Keçmiş baş nazir, hazırda Malta Futbol Federasiyasına rəhbərlik edən Cozef Muskat də məsələyə münasibət bildirib. O, bu anlaşmanı uğurlu əməkdaşlıq adlandırıb.

Qeyd edək ki, bir neçə ilə əvvəl Nəsib Piriyevin İngiltərinin "Vest Hem" klubunu alacağı xəbərləri də yayılmışdı.

İdman.biz