“Şəfa” FK yeni transferini reallaşdırıb

2 İyul 2026 12:10
75
“Şəfa” FK yeni transferini reallaşdırıb

“Şəfa” futbol klubu yeni transferini reallaşdırıb.

İdman.Biz xəbər verir ki, Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb.

26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Draqu son olaraq “Unirya” klubunda çıxış edib. Karyerası ərzində isə "Viitorul Tarqu Jiu", “Botoşani” və “Universitatya” kimi klubların formasını geyinib.

İdman.Biz