“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat baş tutub.
İdman.Biz xəbər verir ki, bu barədə “Sumqayıt” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, bu vəzifəni Adil Şükürov icra edəcək.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb.
Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.
