“Sabah” kürasaolu futbolçunu transfer etdi

1 İyul 2026 22:34
83
“Sabah” kürasaolu futbolçunu transfer etdi

“Sabah” klubu yeni futbolçu ilə anlaşıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, 25 yaşlı vinger Ksander Severina bundan sonra komandamızın uğurları üçün çalışacaq.

Kürasaolu futbolçu İsrailin “Makkabi” (Hayfa) klubundan transfer edilib. Yeni transferimizlə 2+1 illik müqavilə bağlanıb.

Severina karyerası ərzində Niderlandın “Den Haaq” (2021-2023), Serbiyanın “Partizan” (2023-2024), Portuqaliyanın “Kaza Pia” (2025-2026) və İsrailin “Makkabi” (Hayfa, 2024-2026) komandalarında çıxış edib. O, Kurasao millisinin heyətində 5 oyun keçirib.

İdman.Biz