Millidə vida - FOTO

Xəbərlər
5 İyul 2024 17:52
136
Millidə vida - FOTO

Yan Vertongen Belçika millisindəki karyerasını başa vurub.

İdman.biz xəbər verir ki, bunu 37 yaşlı müdafiəçinin özü açıqlayıb.

O, yığma ilə vidalaşması barədə paylaşım edib: “Bu, mənim millidəki ilk və son oyunlarımdır. Bütün bu xatirələr üçün təşəkkür edirəm. Mən xəyalımı yaşadım”.

Qeyd edək ki, 2007-ci ildən Belçika millisində forma geyinən Vertongen 157 matça çıxdığı komandanın rekordçusudur.

İdman.biz

Məqalədə: