“Mançester Yunayted”in Sançodan qurtulmaq arzusu

Xəbərlər
5 İyul 2024 01:12
295
“Mançester Yunayted”in Sançodan qurtulmaq arzusu

“Yuventus” ingilis yarımmüdafiəçi Ceydon Sançonu icarəyə götürə bilər.

İdman.biz xəbər verir ki, “Mançester Yunayted”in tələbi Turin klubunu düşünməyə vadar edib.

İngiltərə təmsilçisi 24 yaşlı futbolçunun mütləq alınması şərti ilə icarəyə verilməsinin tərəfdarıdır. Əgər tərəflər ortaq məxrəcə gəlsələr Sanço növbəti mövsümdə İtaliya A seriyasında oynayacaq. Onun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayında sona çatacaq.

Qeyd edək ki, Ceydon 2023/2024 mövsümünü icarə əsasında Dortmund “Borussiya”sında keçirib. Onun komandası Çempionlar Liqasının finalında “Real”a uduzub.

İdman.biz