Yusuf Yazıcı karyerasını Türkiyədə davam etdirə bilər.
İdman.biz xəbər verir ki, “Beşiktaş” 27 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
“Lill”ə müqaviləsi iyunun 30-da bitəcək Yusuf yerli klublarla yanaşı, əcnəbilərdən də təklif alıb. Türkiyə millisinin heyətində AVRO-2024-də çıxış edən təcrübəli futbolçu yekun qərarını turnir başa çatdıqdan sonra verəcək.
Qeyd edək ki, “Beşiktaş” artıq 2 futbolçu ilə güclənib. “Qara qartallar” braziliyalı Qabriel Paulista və portuqaliyalı Rafa Silva ilə müqavilə imzalayıb.
İdman.biz