"Dinamo" Kurban Berdıyevlə vidalaşıb

Xəbərlər
23 İyun 2024 16:51
751
"Dinamo" Kurban Berdıyevlə  vidalaşıb

"Turan Tovuz"un baş məşqçisi təyin olunacağı gözlənilən Kurban Berdıyev "Dinamo"dan ayrılıb.

İdman.biz xəbər verir ki, bu barədə Mahaçqala klubu açıqlama yayıb.

Komandada prezidentin müşaviri vəzifəsini tutan Berdıyevə gördüyü işlərə görə təşəkkür edilib: "Kurban Bekiçeviç sizə böyük təşəkkürümüzü çatdırırq! "Dinamo"nun tarixində ilk dəfə yüksək liqaya vəsiqə qazanılmasında futbolçulara çox şey öyrətdiniz. Əks halda böyük uğuru qazanmaq çətin olardı. Sizə yeni klubunuzda uğurlar arzulayırıq".

Qeyd ki, Berdıyevin "Turan Tovuz"la 2-1 müqavilə imzaladığı xəbərləri yayılıb. 71 yaşlı mütəxəssisin qarşıdakı günlərdə idman ictimaiyyətinə təqdim olunması gözlənilir.

İdman.biz