Luis Enrike PSJ-nin yeni qapıçısı barədə danışdı

12 Sentyabr 2026 18:31
83
Luis Enrike PSJ-nin yeni qapıçısı barədə danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike yeni qapıçı Alessandro Lonqoninin vəziyyəti barədə danışıb.

İdman.Biz xəbər verir ki, Luis Enrike Lonqoninin bu yaşda oyun təcrübəsi qazanmasının vacib olduğunu deyib:

“Biz və Luiş Kampuş qapıçı mövqeyində bir neçə variantımızın olmasını istəyirik. Alessandro Lonqoni bizimlə məşq edir, lakin onun yaşında oyun təcrübəsi qazanmaq, hətta gənclər heyətində çıxış etməklə belə, çox vacibdir. Biz müxtəlif variantlara açığıq. İxtiyarımda olan üç qapıçıdan çox razıyam”.

Qeyd edək ki, 18 yaşlı qolkiper bu yay “Milan”dan PSJ-yə keçib.

PSJ-nin cari mövsümdə keçirdiyi bütün altı rəsmi matçda start heyətində rusiyalı qapıçı Matvey Safonov meydana çıxıb.

İdman.Biz