Pyerluici Kollina: “Bakıdakı U-15 dünya çempionatı və festivalı möhtəşəm hadisədir”

28 Oktyabr 2026 13:05
56
Pyerluici Kollina: “Bakıdakı U-15 dünya çempionatı və festivalı möhtəşəm hadisədir”

“Bakıda təşkil olunan futbol üzrə U-15 dünya çempionatı və festivalında 189 komandanın mübarizə aparması gənc futbolçular üçün unudulmaz təcrübədir”.

Bunu FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina deyib.

O, turnirin təşkilatçılığını və yaradılan şəraiti yüksək qiymətləndirib.

“Dünyanın hər yerindən gələn gənc futbolçuların burada bir araya gəlməsi və təcrübə qazanması möhtəşəmdir. Onların bir çoxu ilk dəfədir xaricə səfər edir. Bəziləri üçün bu, həyatlarının ən unudulmaz təcrübəsi olacaq. Üç ay əvvəl bu ərazidə heç nə yox idi, indi isə belə müasir idman kompleksi fəaliyyət göstərir”, - deyə o report.az-a açıqlamasında bildirilib.

P.Kollina yarışda ədaləti qoruyan azərbaycanlı hakimlərin əməyini də xüsusi vurğulayıb:

“Onların əməyi olmasaydı, bu yarış baş tutmazdı. Hakimlər böyük məsuliyyətlə çalışır, gündə iki-üç matç idarə edirlər. Göstərdikləri dəstəyə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və yerli hakimlərə təşəkkür edirəm”.

İtaliyalı sabiq FIFA referisi Bakıya dəfələrlə səfər etdiyini diqqətə çatdırıb:

“Hər dəfə bura gələndə müsbət dəyişikliklərin şahidi oluram. Bakıda hər şey yaxşılığa doğru dəyişir”.

İdman.Biz