Xorvatiya klubu “Sabah”ın yarımmüdafiəçisinə göz dikib

28 Oktyabr 2026 12:02
84
Xorvatiya klubu “Sabah”ın yarımmüdafiəçisinə göz dikib

“Sabah”ın yarımmüdafiəçisi İvan Lepinitsa Avropa klublarının diqqətini cəlb edib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Xorvatiyanın “Hayduk” klubu 27 yaşlı futbolçunun müqavilə şərtlərini və hazırkı statusunu yaxından izləyir.

“Sabah”la Lepinitsa arasında mövcud müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.

Azərbaycan çempionu xorvatiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

Qeyd edək ki, İvan Lepinitsa 2024-cü ildən “Sabah”da çıxış edir. O, karyerası ərzində ölkəsində “Riyeka”, “Zadar” və “Slaven Belupo” klublarının da formasını geyinib.

İdman.Biz