Xviça: “PSJ-də fərdi mükafatlar haqqında çox düşünmürük”

12 Sentyabr 2026 18:59
88
Xviça: “PSJ-də fərdi mükafatlar haqqında çox düşünmürük”

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya “Qızıl top” mükafatı barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, “Qızıl top”a 10 PSJ futbolçusunun namizəd göstərilməsinə baxmayaraq, komandanın üzvlərinin fərdi mükafatlara böyük diqqət ayırmadığını deyən Xviça soyunub-geyinmə otağında bu mövzunun bəzən müzakirə olunduğunu bildirib.

“Komandaya gələndə, hamımız qələbə qazananda və Usman “Qızıl top”u alanda mən ona demişdim ki, bura ona “Qızıl top”u və Çempionlar Liqasını qazanmağa kömək etmək üçün gəlmişəm.

Hər hansı bir oyunçudan soruşsaq, fərdi nəticələr haqqında o qədər də düşünmürük. Onlar komandanın uğuru sayəsində mümkün olur. “Qızıl top”un kimə veriləcəyinə qərar verənlər üçün isə bu, sadəcə işdir”, – deyə Xviça “The Athletic” nəşrinə istinadən bildirib.

Qeyd edək ki, ötən mövsüm Xviça Kvaratsxeliya Çempionlar Liqasınında ən yaxşı futbolçusu seçilib.

İdman.Biz