“Real”dan inamlı qələbə – Mbappe dubl etdi - YENİLƏNİB + VİDEO

13 Sentyabr 2026 01:15
999
“Real”dan inamlı qələbə – Mbappe dubl etdi

İspaniya La Liqasının beşinci turunda “Real Madrid” doğma meydanda “Rayo Valyekano”nu 4:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb. Kilian Mbappe penaltini dəqiq yerinə yetirərək meydan sahiblərini önə keçirib. Cəmi üç dəqiqə sonra Alvaro Karreras fərqi iki topa çatdırıb.

35-ci dəqiqədə Cud Bellingem “Real”ın üçüncü qolunu vuraraq komandasının üstünlüyünü daha da artırıb. “Rayo Valyekano” 51-ci dəqiqədə Serxio Kamelonun qolu ilə fərqi azaltsa da, 90+1-ci dəqiqədə Mbappe dublunu rəsmiləşdirib və yekun hesabı müəyyənləşdirib.

Qarşılaşmada iki qol vuran Mbappe məhsuldar ötürməsi ilə də yadda qalıb.

Bu qələbədən sonra 12 xal toplayan “Real Madrid” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Rayo Valyekano” isə 4 xalla 15-ci yerdədir.

Növbəti turda “Real Madrid” sentyabrın 15-də səfərdə “Elçe” ilə qarşılaşacaq. “Rayo Valyekano” isə həmin gün doğma meydanda “Espanyol”u qəbul edəcək.

23:30

İspaniya La Liqasının beşinci turunda “Atletik” Bilbao və “Elçe” komandaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

İlk hissədə hesab açılmayıb. 50-ci dəqiqədə F. Buonanotte penaltidən “Elçe”ni önə keçirib. 79-cu dəqiqədə V. Çust avtoqol edərək hesabı bərabərləşdirib.

Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və komandalar hərəyə 1 xal qazanıblar.

Bu nəticədən sonra “Atletik Bilbao” 7 xalla turnir cədvəlində 8-ci, “Elçe” isə 2 xalla 19-cu pillədə qərarlaşıb.

20:45

İspaniya La Liqasının beşinci turunda “Espanyol” səfərdə “Osasuna” üzərində 2:0 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində Roberto Fernandes Haen dubl edib. O, 3 və 17-ci dəqiqələrdə fərqlənib.

18-ci dəqiqədə “Osasuna”nın hücumçusu Ruben Qarsiyanın vurduğu qol VAR-da videobaxışdan sonra ləğv edilib.

Bu nəticədən sonra “Espanyol” 7 xalla turnir cədvəlinin yeddinci pilləsinə yüksəlib. Eyni xala malik “Osasuna” isə 11-cidir.

Növbəti turda “Espanyol” sentyabrın 15-də “Rayo Valyekano”nu qəbul edəcək. “Osasuna” isə sentyabrın 16-da “Atletiko”nun qonağı olacaq.

18:38

İspaniya La Liqasının beşinci turunda “Rasinq” və “Deportivo Alaves” komandaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı qonaqlar açıb. 18-ci dəqiqədə Ville Koski fərqlənib. “Rasinq” 38-ci dəqiqədə hesabı bərabərləşdirib. Santander təmsilçisinin heyətində Yassir Zabiri dəqiq oynayıb.

Zabiri 53-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Beləliklə, “Deportivo Alaves” 5 turdan sonra 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Rasinq” isə 7 xalla doqquzuncudur.

Qeyd edək ki, “Deportivo Alaves” bununla da mövsümdə ilk məğlubiyyətini alıb.

İdman.Biz