Kapitan Qurban Qurbanova şərik olub

Xəbərlər
11 İyun 2024 19:19
923
Kapitan Qurban Qurbanova şərik olub

Emin Mahmudov Azərbaycan yığmasının heyətində vurduğu qolların sayına görə Qurban Qurbanova çatıb.

İdman.biz xəbər verir ki, hər iki futbolçunun hesabında 14 top var və onlar ilk 2 pillədə qərarlaşıblar.

Emin bu gün Qazaxıstanla keçirilən yoldaşlıq oyununda penalti zərbəsindən hesabı bərabərləşdirib. Yığmanın kapitanı bu qolla millinin ən məhsuldar futbolçuları siyahısında Qurban Qurbanova şərik olub.

İdman.biz