Futbol üzrə İspaniyanın “Barselona” komandasının hücumçusu Ferran Torres yay transfer pəncərəsində klubunu dəyişə bilər.
İdman.Biz xəbər verir ki, jurnalist Ekrem Konurun məlumatına görə, Kataloniya təmsilçisi ispaniyalı futbolçunun satışına açıqdır. “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Torres üçün “Nyukasl”, “Aston Villa” və “Milan” maraq göstərir.
İtaliya nəhəngi “Milan” futbolçunu məcburi satınalma şərti və növbəti satışdan faizlə icarəyə götürmək istəyir. İngiltərə Premyer Liqası təmsilçiləri isə Torresi birbaşa transfer etməyə hazırdırlar.
View this post on Instagram
