Futbol üzrə İspaniyanın “Atletik” komandasının vingeri Niko Uilyams La Liqanın “Valensiya” ilə oyununda zədə alıb.
İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçu 35-ci dəqiqədə əzələ nahiyəsində problem hiss edib və dərhal əvəzlənməsini istəyib. Onun yerinə meydana qardaşı İnyaki Uilyams daxil olub.
Matçdan sonra İnyaki qardaşının durumunun narahatlıq yaratdığını bildirib:
“O, mənə belə ağrını əvvəllər heç vaxt hiss etmədiyini dedi. İndi çox axsayır. Bu məqamda belə hal narahatedicidir. Gözləyək və ən yaxşı ssenariyə ümid edək”.
Niko Uilyams daha əvvəl pubalgiya problemi səbəbindən bir müddət komandadan kənarda qalıb. Bu səbəbdən yeni zədə həm “Atletik”, həm də qarşıdakı oyunlara hazırlaşan İspaniya millisi üçün ciddi siqnal sayılır.
Qeyd edək ki, “Atletik” həmin görüşdə “Valensiya”ya 0:1 hesabı ilə məğlub olub.
