Futbol üzrə İspaniyanın “Barselona” komandasının hücumçusu Markus Reşford “El-Klasiko” tarixinə düşüb.
İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu “Real Madrid”lə matçın doqquzuncu dəqiqəsində birbaşa cərimə zərbəsindən qol vuraraq komandasını önə keçirib. Ferran Torres cərimə meydançasının yaxınlığında qayda pozuntusu ilə dayandırıldıqdan sonra topun arxasına keçən Reşford dəqiq zərbə ilə Tibo Kurtuanı məyus edib.
Bu qol “Barselona” futbolçusunun “El-Klasiko”da birbaşa cərimə zərbəsindən vurduğu 2012-ci ildən bəri ilk qol olub. Sonuncu dəfə belə nəticəyə Lionel Messi 2012-ci ilin oktyabrında imza atıb.
