Messidən “Barselona”ya çempionluq təbriki - FOTO

11 May 2026 01:13
111
Messidən “Barselona”ya çempionluq təbriki - FOTO

Futbol üzrə Argentina millisinin ulduzu Leo Messi “Barselona”nı İspaniya çempionluğu münasibətilə təbrik edib.

İdman.Biz xəbər verir ki, “Barselona” “El-Klasiko”da “Real Madrid”i 2:0 hesabı ilə məğlub edərək La Liqa çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib. Messi Kataloniya klubunun titul sevincinə reaksiya verərək keçmiş komandasını təbrik edib.

Qeyd edək ki, bu çempionluq “Barselona” üçün İspaniya çempionatları tarixində 29-cu titul olub. Kataloniya təmsilçisi tarixdə ilk dəfə “El-Klasiko” qələbəsi ilə çempionluğunu rəsmiləşdirib.

İdman.Biz