İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Vinisius Junior “Barselona” azarkeşlərinə jestlə cavab verib.
İdman.Biz xəbər verir ki, “El-Klasiko” zamanı braziliyalı futbolçu tribunaya tərəf “15” işarəsi göstərib. Bununla o, “Real Madrid”in Çempionlar Liqasında qazandığı 15 titula işarə edib.

Məlumata görə, epizod “Barselona” fanatlarının Vinisiusa ünvanladığı reaksiyalardan sonra yaşanıb.
