Salah Britaniyada sürücülük hüququndan məhrum edildi - FOTO

22 Sentyabr 2026 11:47
34
Salah Britaniyada sürücülük hüququndan məhrum edildi - FOTO

Türkiyənin “Trabzonspor” futbol komandasının hücumçusu Məhəmməd Salah Böyük Britaniyada altı ay müddətinə sürücülük hüququndan məhrum edilib.

İdman.Biz “The Independent”ə istinadən xəbər verir ki, hadisə 27 martda İngiltərənin Çeşir qraflığının Uilmslou şəhərində baş verib. Futbolçuya məxsus “Rolls-Royce” avtomobili sürət kamerasına saatda 36 mil sürətlə düşüb. Həmin ərazidə icazə verilən maksimal sürət saatda 30 mil olub.

Məhkəmə sənədlərinə əsasən, Salah polisə avtomobili həmin vaxt kimin idarə etdiyi barədə məlumat verməyib. O, Çeşir polisinin göndərdiyi bildirişə cavab verməyib və ittiham üzrə mövqeyini də açıqlamayıb.

Nəticədə 34 yaşlı futbolçu sürücünün kimliyinin müəyyənləşdirilməsi üçün tələb olunan məlumatı təqdim etməməkdə təqsirli bilinib. Məhkəmə Salahı altı ay sürücülük hüququndan məhrum edib və 1044 funt sterlinq (təxminən 2374 AZN) ödəməyə məhkum edib.

Hadisə Salahın “Liverpul”dan ayrılacağını açıqlamasından üç gün sonra - 27 martda baş verib. Misirli futbolçu 2025/26 mövsümündən sonra İngiltərə klubunu tərk edərək “Trabzonspor”a keçib.

İdman.Biz