Almaniya futbol millisi Yurgen Kloppun rəhbərliyi altında ilk matçlarını keçirməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, Yurgen Klopp azarkeşlərə müraciət edərək onlardan Almaniya millisinə dəstək olmağını istəyib.
«Salamlayıram. Kiminiz məni tanıyır, kiminiz isə yox. Mən yeniyəm. Mən Almaniya millisinin yeni məşqçisiyəm və bundan çox məmnunam. Bilirəm ki, siz bizi hər yerdə, bütün dünyada dəstəkləyirsiniz. Buna görə təşəkkür edirəm. Bəlkə də stadionda görüşərik. Başlanğıcını səbirsizliklə gözləyirəm. Gedək", – deyə Klopp azarkeşlərə müraciət edib.
"Mən yeniyəm" (I'm the new one) ifadəsi mütəxəssisin məşhur "I'm the normal one" sözlərinə işarədir. Klopp 2015-ci ildə "Liverpul"un baş məşqçisi təyin olunduqdan sonra özünü məhz belə təqdim etmişdi.
Yeni çalışdırıcının rəhbərliyi altında Almaniya yığması ilk matçlarını Millətlər Liqasında keçirəcək. Sentyabrın 24-ü Almaniya yığması Niderlandla qarşılaşacaq, sentyabrın 27-si isə Yunanıstanla oynayacaqlar.
Qeyd edək ki, "Liverpul"un sabiq baş məşqçisi yayda bu postda Yulian Naqelsmanı əvəz edərək Almaniya milli komandasına rəhbərlik etməyə başlayıb.
