İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel “Arsenal”ın 16 yaşlı vingeri Maks Doumanı yığmaya dəvət etmək variantını nəzərdən keçirir.
İdman.Biz bu barədə “The Sun” nəşrinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Tuxeldə bu ideya qarşıdakı Millətlər Liqası oyunları üçün bir sıra futbolçuların milliyə çağırışdan imtina etməsindən sonra yaranıb. Belə ki, Deklan Rays, Koul Palmer, Markus Reşford, Kobbi Maynu və Tino Livramento toplanışa qatılmayıblar.
Hazırda İngiltərənin U-19 millisində çıxış edən Maks Douman əsas milliyə dəvət alacağına ümid edir. Bununla belə, Tuxel hələ yekun qərarını verməyib.
İngiltərə millisi ilk oyununu sentyabrın 26-da İspaniyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
