Madrid “Real”ını derbidə 2:1 hesabı ilə məğlub edən “Atletiko” sosial şəbəkələrdə əzəli rəqibinə atmacalı paylaşım edib.
İdman.Biz xəbər verir ki, daha əvvəl “Real Madrid”in baş məşqçisi Joze Mourinyo mətbuat konfransında Kristian Romero və Kanq-in Linin iştirakı ilə baş verən epizodların çap olunmuş görüntülərini nümayiş etdirib.
Portuqaliyalı mütəxəssis hər iki “Atletiko” futbolçusunun meydandan qovulmalı olduğunu bildirib. O, həmçinin oyunun baş hakimi Migel Anxel Ortis Ariasın idarəçiliyini də tənqid edib.
Buna cavab olaraq “Atletiko” sosial şəbəkə hesablarında dişlilərin əks olunduğu şəkil paylaşaraq üzərinə “Mexanizm işə düşdü” yazıb.

Həmçinin klub paylaşımında “#StopAcosoArbitralYA” həştəqindən istifadə edib. Bu ifadə “Hakimlərə təzyiqi elə indi dayandırın” mənasını verir.
