“Eqnatiya”ya transfer olunan Zamiq Əliyev: “Arzumu reallaşdırıram” – MÜSAHİBƏ

Müsahibə
11 İyun 2024 16:36
784
“Eqnatiya”ya transfer olunan Zamiq Əliyev: “Arzumu reallaşdırıram” – MÜSAHİBƏ

Albaniyanın “Eqnatiya” klubuna transfer olunan azərbaycanlı futbolçu Zamiq Əliyevin İdman.biz saytına müsahibəsi

- Albaniya çempionu “Eqnatiya”ya keçidiniz necə alındı?

- Menecerim ölkə xaricində mənimlə maraqlanan komandaların olduğunu dedi. Bununla yanaşı, yerli klublardan da təkliflər var idi. Karyeramı xaricdə davam etdirməyi istədiyim üçün seçimim “Eqnatiya” oldu.

- “Eqnatiya”nın xeyrinə qərar verməkdə nə rol oynadı?

- Böyük məqsədləri var, çox yaxşı klubdur. Ölkədaxili yarışlarda və Avropada daha yaxşı nəticələr qazanmaq istəyirlər. Mənim də bu uğurlarda payımın olmasını istəyirəm.

- Millimizin digər üzvü Vüsal İsgəndərli də bu klubun şərəfini qoruyub. Onunla klub haqqında maraqlandız?

- Əlbəttə. Bu haqda Vüsalla söhbətimiz olub. O, klub haqqında müsbət fikirlər söylədi və məsləhətlərini verdi.

- Yeni klubunuzda sizi necə qarşıladılar?

- Hər kəs məni çox xoş qarşıladı. Düşündüyümdən belə yaxşı oldu. Komandaya tez uyğunlaşacağıma da inanıram.

- “Eqnatiya”da əsas hədəfin nə olacaq?

- Əsas məqsədim Avropada oynamaq idi. Artıq bu arzumu reallaşdırıram. Hədəflərim böyükdür. “Eqnatiya”da gözəl çıxış etmək və komandaya xeyir vermək istəyirəm. Bu mövsüm Albaniya çempionu olmağı arzulayıram.

Emin Ağa
İdman.biz

Məqalədə: