“Mançester Yunayted” - “Sabah” oyununu izlədikdən sonra məni ən çox təəccübləndirən məqam “Sabah”ın oyuna yanaşması oldu”.
Bu sözləri “Neftçi” və “Sabah”ın sabiq futbolçusu Erik Ramos deyib.
Təcrübəli yarımmüdafiəçi “Mançester Yunayted” - “Sabah” matçı haqqında təəssüratlarını bölüşüb.
“Komanda özünü favorit kimi görərək topa sahib olmağa çalışırdı. Təəssüf ki, yarımmüdafiədə gecikmiş ötürmədən sonra konseptual səhvə yol verildi. Həmin qoldan sonra oyun tamamilə “Mançester”in xeyrinə dəyişdi. Belə səhvlərə Çempionlar Liqasında yol vermək olmaz. Daha sonra isə oyunun dinamikası və MY futbolçularının texniki keyfiyyəti fərqi ortaya çıxardı. Reallıq budur ki, bu turnirdə rəqib seçimi məhduddur. “Barselona”, “Mançester Yunayted”, “Arsenal” kimi komandaların rəqib olması o deməkdir ki, onlar çempionluğu qazanmaq məqsədi daşıyan klublardır. Amma belə nəhənglərlə rəqabət aparmaq böyük təcrübədir. “Sabah”ın hansı səviyyədə olduğunu görmək və bu təcrübədən yararlanaraq inkişaf etməsi təkcə klubun deyil, ümumilikdə Azərbaycan futbolunun gələcəyi baxımından önəmlidir”, - deyə o offsideplus.az-a açıqlamasında vurğulayıb.
E.Ramos keçmiş klubları ilə hazırkı əlaqələrindən də söz açıb:
“Düzünü desəm, hazırda “Neftçi” və “Sabah”dakı heç kimlə əlaqəm qalmayıb. İdarə heyətinin dəyişib-dəyişmədiyindən də xəbərsizəm. Hazırda daha çox azərbaycanlı jurnalistlərlə əlaqə saxlayıram”.
