Yunis Hüseynov: “Əminəm ki, Qazaxıstanı məğlub edəcəyik”

Müsahibə
11 İyun 2024 15:21
225
Yunis Hüseynov: “Əminəm ki, Qazaxıstanı məğlub edəcəyik”

“Arzumuz hər zaman millimizin qələbə qazanmasıdır. Amma həmişə qalib gəlmək mümkün olmur”.

Bunu İdman.bizə veteran futbolçu Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis millinin Qazaxıstana qarşı keçirəcəyi yoxlama matçını dəyərləndirib. O bildirib ki, yaxşı nəticəyə inanır: “Qazaxıstan komandasını yaxından tanıyırıq. Onlara qarşı çox oyunumuz olduğundan Arif Əsədov zəif və güclü tərəflərinə bələddir. Düzgün heyətin meydanda olacağını düşünürəm. Əminəm ki, Qazaxıstanı məğlub edəcəyik”.

Hüseynovun sözlərinə görə, Albaniyaya 1:3 uduzduğumuz görüş qarşıdakı oyuna ümidlə baxamağa əsas verir: “Stanislav Çerçesovun komandanı kənardan izləməsi futbolçulara motivasiya olacaq. Onlar da özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Amma komandamızın son matçına nəzər salsaq, bu görüşə ümidlə baxa bilərik. Yığmamız Albaniyaya qarşı da ilk 20 dəqiqəni çıxmaq şərti ilə pis təsir bağışlamadı. Hətta məğlub olacağımız bir matç deyildi. Bərabər səviyyəli oyun getmişdi”.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü bu gün Macarıstanda keçiriləcək. Matç saat 18:00-da start götürəcək.

Emin Ağa
İdman.biz

Məqalədə: