Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Kocaelispor” klubunda prezident seçkiləri olub.
İdman.biz xəbər verir ki, bu, Türkiyə təmsilçisinin Növbədənkənar Seçki Konfransı çərçivəsində baş tutub.
Prezident postuna yeganə namizəd olan Recep Durul seçilib. O, üç ay əvvəl istefa verən Engin Koyunun gedişindən sonra boş qalan postu tutub.
Qeyd edək ki, Şeydayev 2024-cü ilin əvvəlində “Kocaelispor”a keçib.
İdman.biz