“Real” Mark Kukurelya transferini 60 milyon avroya tamamladı - YENİLƏNİB

15 İyun 2026 00:31
925
“Real” Mark Kukurelya transferini 60 milyon avroya tamamladı - YENİLƏNİB

İspaniyanın “Real Madrid” futbol klubu İngiltərənin “Çelsi” komandasının müdafiəçisi Mark Kukurelyanın transferini tamamlayıb.

İdman.Biz xəbər verir ki, tərəflər arasında razılaşma imzalanıb və bütün sənədlər rəsmiləşdirilib.

Madrid təmsilçisi 27 yaşlı futbolçu üçün 55 milyon avro (108,2 milyon AZN) ödəyəcək. Müqavilədə əlavə beş milyon avro (9,84 milyon AZN) məbləğində bonuslar da nəzərdə tutulub.

“Çelsi” Kukurelyanın tibbi müayinədən keçməsinə icazə verib. Transferin yaxın zamanda rəsmi şəkildə açıqlanacağı gözlənilir.

20:08

İngiltərənin “Çelsi” futbol klubunun müdafiəçisi Mark Kukurelya karyerasını “Real Madrid”də davam etdirəcəyi bildirilir.

İdman.Biz xəbər verir ki, bu barədə Fabrisio Romano bildirib. İnsayder 27 yaşlı futbolçunun transferi ilə bağlı bütün tərəflərlə şifahi razılıq əldə edildiyini yazıb.

İspaniya millisinin üzvünün də keçidə razılıq verdiyi bildirilir. Transferin maliyyə detalları və futbolçu ilə imzalanacaq müqavilənin müddəti barədə hələlik məlumat açıqlanmayıb.

Kukurelyanın “Real Madrid”in baş məşqçisi Joze Mourinyonun sol cinah müdafiəsi üçün əsas transfer hədəfi olduğu qeyd olunurdu.

Mənbənin məlumatına görə, ispaniyalı futbolçu 2026-cı il Dünya Çempionatından sonra “Çelsi”dən ayrılaraq Madrid klubuna qoşulacaq.

Qeyd edək ki, Kukurelya 2022-ci ildən “Çelsi”də çıxış edir.

İdman.Biz