“Mançester Siti” Qvardiolu “Real”dan qoruyur

14 İyun 2026 19:30
108
“Mançester Siti” Qvardiolu “Real”dan qoruyur

İngiltərənin “Mançester Siti” futbol klubunun və Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol komandası ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır.

İdman.Biz xəbər verir ki, Mançester təmsilçisi 24 yaşlı futbolçunun yeni təklifi qəbul edəcəyinə əmindir.

Tərəflər arasında şəxsi şərtlər üzrə razılaşmanın demək olar ki, tam əldə olunduğu bildirilir. Yeni müqavilə beş il müddətinə nəzərdə tutulub və 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

İspaniyanın “Real Madrid” futbol klubu son həftələr ərzində Qvardiolu transfer etməyə çalışır. Madrid təmsilçisi xorvatiyalı müdafiəçini heyətinə qatmaqda ciddi maraqlıdır.

Buna baxmayaraq, “Mançester Siti” rəhbərliyi futbolçunun İngiltərədə qalacağına və yaxın zamanda yeni müqaviləyə imza atacağına nikbin yanaşır.

Qvardiol 2023-cü ilin yayında Almaniyanın “Leypsiq” klubundan 90 milyon avro (178 milyon AZN) qarşılığında “Mançester Siti”yə keçib. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

İdman.Biz