Arda Turan Ukraynada mövsümün ən yaxşı baş məşqçisi seçildi

14 İyun 2026 20:28
98
Arda Turan Ukraynada mövsümün ən yaxşı baş məşqçisi seçildi

Ukraynanın “Şaxtyor” futbol klubunun baş məşqçisi Arda Turan ölkə Premyer Liqasında 2025/2026 mövsümünün ən yaxşı mütəxəssisi seçilib.

İdman.Biz Ukrayna Premyer Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qalib çempionatda iştirak edən klublar arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşib.

Arda Turan mümkün 15 klubdan 14-nün səsvermə bülletenində yer alıb. Türkiyəli mütəxəssis doqquz birinci, dörd ikinci və bir üçüncü yer səsi toplayaraq ümumilikdə 36 xalla reytinqə başçılıq edib.

“LNZ”nin baş məşqçisi Vitali Ponomaryov 27 xalla ikinci, “Polissya”ya rəhbərlik edən Ruslan Rotan isə 20 xalla üçüncü olub.

Arda Turanın rəhbərliyi altında “Şaxtyor” 2025/2026 mövsümündə Ukrayna çempionu adını qazanıb. Donetsk təmsilçisi UEFA Konfrans Liqasında da uğurlu çıxış edərək yarımfinal mərhələsinə yüksəlib.

Qeyd edək ki, 39 yaşlı mütəxəssis 2025-ci ilin yayından “Şaxtyor”a rəhbərlik edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

İdman.Biz