İngiltərənin “Liverpul” futbol komandası 2026/2027-ci il mövsümünə hazırlıq çərçivəsində “Monako” ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 16-cı dəqiqədə Aleksander İsak açıb. Florian Virts 29-cu dəqiqədə fərqi iki topa çatdırıb.
İlk hissənin sonlarında “Monako” oyuna qayıdıb. Aleksandr Qolovin 44-cü dəqiqədə özü qazandığı penaltini dəqiq yerinə yetirib.
Fransa təmsilçisi ikinci hissədə təzyiqi artırıb. Mika Bieret 56-cı dəqiqədə hesabı bərabərləşdirib, Paris Brunner isə 88-ci dəqiqədə vurduğu qolla “Monako”ya əzmkar qələbə qazandırıb.
Beləliklə, “Liverpul” ardıcıl ikinci yoxlama oyununda məğlubiyyətlə üzləşib. Mersisaydlılar bundan əvvəl “Lids”ə 2:4 hesabı ilə uduzmuşdular.
“Monako” isə son yoxlama görüşündə “Xetafe”ni 1:0 hesabı ilə məğlub etmişdi.
