Elvin Cəfərquliyevlə bağlı sevindirici xəbər

9 Avqust 2026 20:19
208
Elvin Cəfərquliyevlə bağlı sevindirici xəbər

“Qarabağ” futbol komandasının müdafiəçisi Elvin Cəfərquliyevin MRT müayinəsinin nəticəsi məlum olub.

İdman.Biz xəbər verir ki, aparılan yoxlama zamanı 26 yaşlı futbolçunun sağlamlığında hər hansı problem aşkarlanmayıb. Cəfərquliyev artıq komanda ilə birlikdə məşqlərini davam etdirir.

Müdafiəçi Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə keçirilən ilk qarşılaşmada zədələnmişdi. Oyundan sonra onun durumunun dəqiq müəyyənləşdirilməsi üçün MRT müayinəsindən keçəcəyi açıqlanmışdı.

Cəfərquliyevin vəziyyətinin ciddi olmaması “Qarabağ” üçün cavab görüşü öncəsi müsbət xəbərdir. Ağdam təmsilçisi ilk matçda “Dinamo”ya 0:1 hesabı ilə məğlub olub və cütün taleyi Bakıdakı qarşılaşmada həll olunacaq.

Xatırladaq ki, cavab qarşılaşması 13 avqust, saat 20:00-da keçiriləcək.

İdman.Biz