Millimizin və “Qarabağ”ın sabiq futbolçusu “Çelsi”yə qarşı oynadı - FOTO/VİDEO

9 Avqust 2026 18:22
172
Millimizin və “Qarabağ”ın sabiq futbolçusu “Çelsi”yə qarşı oynadı - FOTO/VİDEO

Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilov və “Qarabağ”ın keçmiş müdafiəçisi Kevin Medina İngiltərənin “Çelsi” klubuna qarşı yoldaşlıq oyununda meydana çıxıblar.

İdman.Biz xəbər verir ki, onların formasını geyindiyi Malayziyanın “Cohor Darul Tazim” klubu 2026/2027 mövsümünə hazırlıq çərçivəsində London təmsilçisi ilə qarşılaşıb.

“Sultan İbrahim” stadionunda keçirilən görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın 15-ci dəqiqəsində Arif Ayman “Cohor Darul Tazim”i hesabda önə keçirib. “Çelsi”nin hücumçusu Liam Delap 43 və 62-ci dəqiqələrdə penaltidən fərqlənərək komandasını önə çıxarıb.

65-ci dəqiqədə Oskar Arribas hesabı bərabərləşdirib. 87-ci dəqiqədə Berqson meydan sahiblərinin üçüncü qolunu vurub. Lakin “Çelsi” 89-cu dəqiqədə Antonio Qlauderin avtoqolu sayəsində məğlubiyyətdən xilas olub – 3:3.

Kevin Medina və Eddi İsrafilov oyuna start heyətdə başlayıblar. İsrafilov 82-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisində çıxış edib. Kevin Medina isə uzun müddət “Qarabağ”ın formasını geyinib və 2026-cı ilin yayında “Cohor Darul Tazim”ə keçib.

İdman.Biz