Aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri ilə müqavilələr uzadılıb.
İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.
Yığmaların çalışdırıcıları ilə anlaşmalar sentyabra qədər artırılıb. Elxan Abdullayev U-19, Füzuli Məmmədov U-18, İlham Yadullayev U-17 və Aqil Nəbiyev U-16-ya rəhbərliyi davam etdirəcək.
Baş məşqçilər həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.
İdman.biz