Benzia Əlcəzair yığmasında

Xəbərlər
31 May 2024 21:43
390
Benzia Əlcəzair yığmasında

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasına dəvət alıb.

İdman.biz xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb.

Benzia millinin baş məşqçisi Vladimir Petkoviçin 25 nəfərlik heyətində yer alıb. 29 yaşlı yarımmüdafəçi çıxış etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda (10 iyun) komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Yassin Azərbaycan kubokunun finalından sonra Əcəzair yığmasının düşərgəsinə qoşulacaq.

İdman.biz