İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu mükafatına namizəd olan futbolçuların siyahısını açıqlayıb.
İdman.Biz xəbər verir ki, mükafat uğrunda Davide Frattezi (“Latsio”), Doniell Malen (“Roma”), Lautaro Martines, Adrien Rabyo (“Milan”), Daniel Maldini (“Kalyari”) və Qeorqi Kvernadze (“Frozinone”) mübarizə aparacaq.
Malen 5 çempionat matçında 6 qol vuraraq namizədlər arasında ən yaxşı statistikaya sahibdir. Frattezi “Latsio”da keçirdiyi ilk 3 oyunun hər birində fərqlənib.
Martines 4 oyunda 4 qol vuraraq “Napoli” və “Roma” ilə matçlarda komandasına vacib xallar qazandırıb. Rabyo isə 2 qolla yadda qalıb.
Maldini yeni klubunda uğurlu çıxışını davam etdirib. Kvernadze isə 3 qol və məhsuldar ötürmə ilə diqqət çəkib.
Qalib azarkeşlərin səsverməsi və liqanın rəsmi statistik göstəriciləri əsasında müəyyənləşəcək. Səsvermə "EA Sports" platformasında keçirilir.
