Konate zədə səbəbindən Millətlər Liqasının dörd oyununu buraxacaq

24 Sentyabr 2026 20:58
68
Konate zədə səbəbindən Millətlər Liqasının dörd oyununu buraxacaq

Madrid “Real”ının və Fransa millisinin futbolçusu İbrahima Konate zədə səbəbindən Millətlər Liqasının dörd oyununu buraxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Fransa millisinin mətbuat xidməti məlumat yayıb.

Sağ diz bağlarında gərilmə aşkarlanan Konateni “Mançester Yunayted”in müdafiəçisi Leni Yoro əvəz edəcək. Bu, 20 yaşlı futbolçunun Fransa millisinin əsas heyətinə ilk dəvətidir.

Konate Millətlər Liqasında Türkiyə (25 sentyabr), Belçika (28 sentyabr və 5 oktyabr) və İtaliya (2 oktyabr) ilə oyunlarda iştirak etməyəcək.

“Real”ın mətbuat xidmətinin məlumatına görə, futbolçuda sağ ayağın kollateral bağının zədələnməsi diaqnozu qoyulub. Onun yaşıl meydanlara qayıdış müddəti açıqlanmayıb.

Qeyd edək ki, Konate 2026-cı ilin yayında “Liverpul”dan azad agent kimi Madrid “Real”ına keçib.

İdman.Biz