Azərbaycanın iki boksçusu Avropa çempionatında finala yüksəldi - YENİLƏNİB + FOTO

23 Sentyabr 2026 22:49
1 039
Azərbaycanın iki boksçusu Avropa çempionatında finala yüksəldi

Sofiyada keçirilən Avropa çempionatında Azərbaycanın iki boksçusu finala yüksəlib.

İdman.Biz xəbər verir ki, Sübhan Məmmədov (50 kq) yarımfinalda Türkiyə təmsilçisi Samet Gümüşə qalib gəlib. Nəbi İsgəndərov (70 kq) isə irlandiyalı Con Makkonel üzərində qələbə qazanıb.

90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev yarımfinalda İngiltərə təmsilçisi Damar Tomasa uduzaraq turniri bürünc medalla başa vurub.

Azərbaycanın digər təmsilçisi Seyidcəmşid Cəfərov (75 kq) 1/4 finalda isveçli Kevin Skotta qalib gələrək yarımfinala yüksəlib.

Bundan əvvəl Amin Məmmədzadə (55 kq) də yarımfinala vəsiqə qazanmışdı.

21:16

Azərbaycan boksçusu Sübhan Məmmədov Sofiyada keçirilən Avropa çempionatının finalına yüksəlib.

İdman.Biz xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan Məmmədov yarımfinalda Türkiyə təmsilçisi Samet Gümüşə qalib gəlib.

Bu gün rinqə daha üç Azərbaycan təmsilçisi çıxacaq. Yarımfinalda Nəbi İsgəndərov (70 kq) İrlandiyadan olan Con Makkonellə, Məhəmməd Abdullayev (+90 kq) isə İngiltərə təmsilçisi Damar Tomasla qarşılaşacaq. 1/4 finalda Seyidcəmşid Cəfərov (75 kq) isveçli Kevin Skottla döyüşəcək.

Daha əvvəl Amin Məmmədzadə (55 kq) yarımfinalda yerini təmin edib.

Ümumilikdə Avropa çempionatında 11 Azərbaycan boksçu iştirak edib, onlardan altısı artıq çıxışını başa vurub.

11:25

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən böyüklər arasında Avropa çempionatında Azərbaycan boks millisinin dörd üzvü bu gün rinqə çıxacaq.

İdman.Biz xəbər verir ki, Sübhan Məmmədov (50 kq) yarımfinalda Türkiyədən Samet Gümüşlə, Nəbi İsgəndərov (70 kq) yarımfinalda İrlandiyadan Con MakKonnelli, Məhəmməd Abdullayev (+90 kq) isə İngiltərədən Damar Tomasla qarşılaşacaq.

Bütün görüşlər axşam sessiyasında, saat 19:00-da B rinqində keçiriləcək.

Səidcəmşid Cəfərov (75 kq) isə 1/4 finalda İsveçdən Kevin Skottla üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 25-də başa çatacaq.

İdman.Biz