Özbəkistan yoldaşlıq oyununda İrana qalib gəlib

24 Sentyabr 2026 20:18
60
Özbəkistan yoldaşlıq oyununda İrana qalib gəlib

Özbəkistan və İran milli komandalarının qarşılaşdığı yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma Özbəkistandakı "İstiqlol" stadionunda baş tutub.

Oyunda meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar. 10-cu dəqiqədə Eldor Şomurodov Özbəkistan millisini önə keçirib. 49-cu dəqiqədə Cahangir Urozov topu öz qapısına göndərib. 58-ci dəqiqədə Şomurodov penaltini dəqiq yerinə yetirərək dubl edib. 90+4-cü dəqiqədə hücumçu Xusain Norçayev yekun hesabı müəyyənləşdirib.

Növbəti matçda İran millisi Rusiya seçməsi ilə qarşılaşacaq. Özbəkistan isə Suriya millisi ilə oyun keçirəcək.

İdman.Biz