İrlandiya və İsrailin futbol üzrə milli komandaları Millətlər Liqasındakı qarşılıqlı oyunlardan sonra forma dəyişdirməyəcəklər.
İdman.Biz “Independent” nəşrinə istinadən xəbər verir ki, buna səbəb iki ölkənin futbol federasiyaları arasındakı münaqişədir.
Həmçinin komandaların baş məşqçilərinin oyunlardan əvvəl və ya sonra bir-birinin əlini sıxmayacağı gözlənilir.
Millətlər Liqasının qrup mərhələsində İrlandiya və İsrail milliləri arasında iki oyun keçiriləcək. Qarşılaşmalar sentyabrın 27-də Serbiyada azarkeşsiz, oktyabrın 4-də isə Macarıstanda İrlandiya azarkeşlərinin iştirakı olmadan baş tutacaq.
