“Barselona”nın baş məşqçisi Hans Flik beynəlxalq fasilə zamanı “Barsa Atletik”in 4 futbolçusunu əsas komandanın məşqlərinə cəlb edib.
İdman.Biz SPORT-a istinadən xəbər verir ki, Flik əsas komandanın milli komandaların düşərgələrində olmayan futbolçuları ilə birlikdə məşq etmək üçün Şeyn Klüyvert, Eder Aller, Hafiz Qariba və Giylem Viktoru seçib.
Məşq zamanı 19 yaşını qeyd edən Klüyvert xüsusilə diqqət çəkib. Gənc futbolçu əsas komandada daimi yer qazanmaq üçün mübarizə aparır.
17 futbolçunun milli komandaların heyətində olması səbəbindən Flik məşqlərin intensivliyini qorumaq üçün əvəzedici heyətin oyunçularından yararlanır.
“Barselona” qarşıdakı La Liqa matçında “Xetafe” ilə üz-üzə gələcək. Komanda bu oyundan əvvəl qısamüddətli istirahətə yollanacaq.
