Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun oğlu Kriştianu Ronaldu Junior Portuqaliyanın U-17 millisində debüt edib.
İdman.Biz “A Bola” nəşrinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçu Avropa çempionatının 2027-ci il seçmə mərhələsi çərçivəsində Andorra ilə qarşılaşmada meydana çıxıb. O, matçın 73-cü dəqiqəsində əvəzetmədən oyuna daxil olub.
Portuqaliya millisi rəqibini 4:0 hesabı ilə məğlub edib. Ronaldu Junior debüt matçında qol vurmağa da yaxın olub. Onun 88-ci dəqiqədə başla vurduğu zərbə qapının yanından cüzi fərqlə keçib.
Qeyd edək ki, Kriştianu Ronaldu bir müddət əvvəl Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, 23 il ərzində ölkəsinin əsas yığmasının formasını geyinib. İndi isə onun oğlu milli komandanın aşağı yaş qruplarında öz futbol yoluna başlayır.
